Ağcabədidə su arxına yıxılan şəxs xilas eedilib.
Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
“112” qaynar telefon xəttinə Ağcabədi rayonunda 1 nəfərin su arxına
yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Ağcabədi Rayon
Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri hadisə
yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub
ki, 1990-cı il təvəllüdlü Rəhimov Əziz Rüstəm oğlunun ayağına su
arxında dəmir parçası bataraq koməksiz vəziyyətdə qalıb.
Yanğınsöndürən-xilasedicilər müvafiq vasitələrdən istifadə
etməklə zərərçəkmişə lazımi köməklik göstərərək su arxından
çıxarıb, təcili tibbi yardım briqadasına təhvil veriblər.