Ağcabədi. Trend:
Ağcabədidə avtomobil beton dirəyə çırpılıb, 2 nəfər ölüb, 3 nəfər yaralanıb.
AzerTimes-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Hüsülü kəndi ərazisində baş verib. Hərəkətdə olan “VAZ2106″ markalı, 06 BG 270 dövlət nömrə nişanlı avtomobilin idarəetməsi itdiyindən yol kənarındakı beton dirəyə çırpılıb. Nəticədə avtomobilin sürücüsü və bir sərnişin hadisə yerində ölüb.
Avtomobildə olan 3 sərnişin ağır bədən xəsarətləri ilə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.