Ağcabədi və Bərdədə ev yanıb

Ağcabədi rayonunun Hindarx qəsəbəsində ümumi sahəsi 176 m² olan birmərtəbəli evin mətbəxi 9 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları 80 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Bərdə rayonunun Alaçadırlı kəndində isə ümumi sahəsi 24 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: