Ağcabədi sakinindən 10 kiloqram narkotik götürüldü

Xəbər - Samir Əli – Trend:

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotikləri qanunsuz olaraq əldə edib saxlamaqda şübhəli bilinən şəxsin aşkar edilərək məsuliyyətə cəlb olunması istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçirilib.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzerTimes-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotikləri qanunsuz olaraq əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Bəxtiyar Səfərov tutularaq Polis Şöbəsinə gətirilib. Davam etdirilən araşdırmalarla B.Səfərovun fərdi yaşayış evinə baxış keçirilən zaman zirzəmidə gizlətdiyi 10 kiloqram 400 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Dindirilmə zamanı o törətdiyi cinayət əməlini etiraf edib.


Faktla bağlı Ağcabədi RPŞ-də araşdırmalar davam etdirlir.

Teqlər: