Azərbaycanın FİFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstan Superliqasının oyununu idarə edəcək.
AzerTimes xəbər verir ki, bu barədə Yunanıstan mediası məlumat yayıb.
Bildirilib ki, Ə.Ağayev aprelin 28-də baş tutacaq “Panatinaikos” – “Aris” matçına təyinat alıb.
Ağayevə yan xətt hakimləri Zeynal Zeynalov və Əkif Əmirəli kömək göstərəcəklər. Digər FİFA referisi Kamal Umudlu AVAR-da yer alacaq.
Görüş Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.
Qeyd edək ki, “Panatinaikos”a türkiyəli baş məşqçi Fatih Terim rəhbərlik edir.