Ağalıya növbəti köç yola salındı

Ağalıya növbəti köç yola salındı

Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə əhalinin köçürülməsi davam edir.

AzerTimes xəbər verir ki, sentyabrın 7-də Abşeron rayonunun Masazır kəndindəki Zəngilan şəhərciyindən növbəti köç karvanı yola salınıb.

63 nəfərdən ibarət 12 ailə artıq Zəngilan rayonunun Ağalı kəndinə köçürülüb.

Hazırda onlar kənddədirlər və evlərinə yerləşirlər.

Qeyd edək ki, Ağalı kəndinə köçürülmə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə yeni yaşayış sahələrinin təqdim olunması cədvəli əsasında, ardıcıl şəkildə davam etdiriləcəkdir.

Teqlər: