Ağalıya daha 41 ailə yola salındı

Ağalıya daha 41 ailə yola salındı

09:08

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

AzerTimes xəbər verir ki, bu gün Zəngilan rayonunun Ağalı kəndinə yola salınan növbəti köç karvanı çatıb.

Bu mərhələdə kəndə 41 ailə – 110 nəfər köçürülüb.

Qeyd edək ki, Ağalı kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Teqlər: