31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Zəngilan rayonu Ağalı kəndində tədbir keçirilib.
AzerTimes xəbər verir ki, Ağalı kəndinin mərkəzi meydanında keçirilən tədbir Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və “Şərqi Zəngəzur iqtisadi rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs tərəfindən təşkil edilib.
Tədbirdə Şaxta baba və Qar qız, Bakı Dövlət Sirkinin, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teartrı, Azərbaycan Dövlət Kukla Teatrı və Füzuli Dövlət Dram Teatrının aktyorlarının iştirakı ilə müxtəlif tamaşalardan səhnəcilklər göstərilib, rəqslər ifa olunub.
Yurd yerlərinə qayıdaraq Ağalıda məskunlaşmış yeni nəsil Zəngilanlılara, kəndin balaca sakinlərinə bayram hədiyyələri verilib.
Xatırladırıq ki, Ağalıda 66 ailə yaşayır və 79 nəfər məktəb yaşlı, 18 nəfərsə məktəbəqədər yaşlı uşaqlar kəndin müasir standartlara tam cavab verənb orta məktəbində və uşaq baxşasında təhsil və tərbiyə alırlar.