Ağalı kəndində ilk “Ağıllı kənd”in inşası ilə bağlı işlər başa çatmaq üzrədir – Nazir müavini

Xəbər - Elçin Mehdiyev -Trend:

Zəngilan rayonunun Ağalı kəndində ilk “Ağıllı kənd”in inşası ilə bağlı işlər başa çatmaq üzrədir.

Trend xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Bakıda keçirilən “Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafında qadın sahibkarlığın rolu” mövzusunda konfransda bildirib.

Onun sözlərinə görə, “Ağıllı kənd”in inşası ilə bağlı işlər yekunlaşmaq üzrədir.


“Yaydan etibarən əhalinin köçürülməsinə başlanıla bilər” – deyə nazir müavini əlavə edib.

Teqlər: