Ağalar Bayramov yıxıldı, xəstəxanaya yerləşdirildi

Ağalar Bayramov yıxıldı, xəstəxanaya yerləşdirildi

Azərbaycanın tanınmış qiraətçisi Ağalar Bayramov evində yıxılaraq xəsarət alıb, xəstəxanaya yerləşdirilib.

AzerTimes xəbər verir ki, bu barədə teleaparıcı Hacı Nuran Hüseynov Feysbuk hesabında yazıb.

“Bu gün ziyarət etdiyim əməkdar artist artıq bir neçə gündür ki, o M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müalicə olunur. … Belə ki, evində yıxılaraq ayağından zədə alan tanınmış qiraətçi hazırda özünü yaxşı hiss edir”, – o qeyd edib.

Paylaşımda bildirilir ki, qiraətçi fevralın 3-də ehtiyatsızlıq ucbatından yıxılıb.

Teqlər: