Xəbər - İlhamə İsabalayeva – Trend:
Bakı şəhəri, Ziya Bünyadov prospekti 1 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan məlumat Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb.
AzerTimes-ın məlumatına görə, Xidmətin rəsmisi Vaqif Cavadov bildirib ki, araşdırma zamanı fakt təsdiqini tapıb, ərazidə çinar, şam və leylandr ağaclarının kəsildiyi müəyyən edilib:
“Hazırda ağac kəsənlərin tapılması və təbiətə dəymiş ziyanın məbləğinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır”.