Ağacı zədələyən şəxs cəzalandırılıb

Binəqədi rayonu, Faiq Rüstəmov küçəsi 38 ünvanında ağacın
kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil
olan şikayət yerində araşdırılıb.

Xidmət rəsmisi Vaqif Cavadov AzerTimes-a bildirib ki, araşdırma
zamanı ərazidəki tut ağacının vətəndaş Səyavuş Hüseynov tərəfindən
qanunsuz olaraq gövdəsinin üst hissəsindən sərt budandığı müəyyən
edilib.

“Faktla bağlı təqsirkar şəxs barəsində protokol tərtib
edilib”,-deyə qeyd edib.

Teqlər: