Xəbər - Samir Əli – Trend:
Son illər Azərbaycanda ağac əkilməsi işi daha da kütləviləşib.
Bunu AzerTimes-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat katibi İradə İbrahimova deyib.
O qeyd edib ki, hazırda bütün ölkə ərazisində genişmiqyaslı ağacəkmə tədbirləri keçirilir: “Ağac əkmək istəyənlərin sayı günbəgün çoxalır. Bu da dəyərli media nümayəndələrinin ağac əkilməsini yüksək səviyyədə təbliğ və təşviq etməsi sayəsindədir. Bu gözəl bayram gününü, ilaxır çərşənbəni ağac əkməklə qeyd edirik. Bu gün “Jurnalistlər binası”nın həyətində ağacəkmə təşəbbüsünü irəli sürən Medianın İnkişafı Agentliyinə və burada yaşayan jurnalist dostlarımıza nazirlik adından təşəkkür edirik. Bu gün jurnalistlərin binası ətrafında Nazirliyin tinglik sahələrində yetişdirilən 400-ə yaxın müxtəlif cinsli ağac əkildi. Və bununla da hər birimiz təbiətə öz töhfəmizi verməyə çalışdıq”.
İ.İbrahimova ağacəkmə tədbirlərinin mövsümün sonunadək bütün ölkə üzrə davam edəcəyini bildirib.