Ağac kəsənlərin müəyyən olunması üçün prokurorluğa müraciət olunub

Xəbər - Çingiz Səfərli – Trend:

Ağcabədi rayonu “Xatirə” parkı adlanan ərazidə ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət yerində araşdırılıb.

AzerTimes-ın məlumatına görə, xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, sözügedən parka keçirilən baxış zamanı 6 sərv tinginin kökündən çıxarıldığı müəyyən edilib. Faktla bağlı akt tərtib olunub.


“Təqsirkarların müəyyən olunması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Ağcabədi rayon Polis Şöbəsinə göndərilib”.

Teqlər: