Xəbər - Ceyhun Ələkbərov -Trend:
Sumqayıt şəhəri, 30-cu məhəllə 4/6 saylı binanın yaxınlığında gecə saatlarında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb və fakt təsdiqini tapıb.
AzerTimes-ın məlumatına görə, Regional Ekologiya İdarəsinin rəsmisi Fərid Piriyev bildirib ki, araşdırma zamanı sözügedən ərazidə Ağanasib Kamilov tərəfindən 2 ağacın kəsildiyi və təbiətə 2700 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub:
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Sumqayıt şəhər prokurorluğuna göndəriləcək. Kəsilmiş ağacların yerinə isə yeniləri əkilib.