Ağ Şəhərdə mənzildə partlayış oldu

Ağ Şəhərdə mənzildə partlayış oldu

14:58

Bakıda mənzildə partlayış baş verib.

Bu barədə AzerTimes-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Ağ Şəhər ərazisində mənzildə partlayış hadisəsinin baş verməsi barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

***

Bakının Xətai rayonunda, Ağ Şəhər ərazisində mənzildə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bu barədə FHN-dən məlumat verilib.

Teqlər: