“Ağ ölüm”dən xilas olmağın yolları – “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO)

Müasir dövrdə cəmiyyəti narahat edən problemlər içərisində ən
mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaran, silah, insan alveri,
orqanların transferi kimi təhlükəli bəlalarla eyni səviyyədə
qorxulu olan cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə
mənbəyinə çevrilən narkomaniya (geniş mənada narkotizm)
vurğulandığı kimi, sərhəd tanımayan, qlobal xarakter daşıyan
beynəlxalq problemə çevrilib. Cəmiyyətdə “ağ ölüm” kimi tanınan
narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaradır desək,
yanılmarıq. Ən acınacaqlısı isə budur ki, “ağ ölüm” qurbanları
gəncləşməyə doğru gedir. Yolun sonunda dayanan faciəni isə təsəvvür
etdikdə belə insanın tükləri biz-biz olur.

AzerTimes-ın məlumatına görə, Cəsarət Qənbərlinin təqdimatında
AzTV-nin “Əsas məsələ” verilişində “Narkomaniya ilə mübarizə
tədbirləri çərçivəsində görülən işlər, “Ağ ölüm”dən xilas olmağın
yolları, cəmiyyətin həssas məsələyə münasibəti” mövzusunda aparılan
müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları
– Müşfiq Məmmədli – Milli Məclisin deputatı, Nəcəf Aydinoğlu – DİN
baş narkotiklərlə mübarizə idarəsinin təhqiqat qrupunun rəisi,
Büllur Məmmədova – “Gənclərin Anti-narkomaniya ictimai birliyi”nin
sədr müavini və Rövşən Kərimli – həkim narkoloq mövzu ətrafında
müzakirə aparıblar.

“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan
Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=PY8IeSg-4S8

Teqlər: