Ağ Evin mətbuat katibinin koronavirus testi müsbət çıxıb

Ağ Evin mətbuat katibi Cen Psaki koronavirusa yoluğduğunu və
karantinə gedəcəyini bildirib.

Trend xəbər verir ki, bu barədə C. Psakinin çərşənbə axşamı
yaydığı bəyanatda qeyd edib.

“Bu səhər Avropaya səfərə hazırlıq çərçivəsində PCR testdən
keçdim. Testin cavabı müsbət oldu”, – bəyanatda vurğulanır.

O, həmçinin qeyd edib ki, ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının
Alınması Mərkəzinin tövsiyələrinə əməl edəcək və Prezident Co
Bayden ilə Avropaya səfərə getməyəcək.