Ağ Evin mətbuat katibi Cen Psaki vəzifəsindən istefaya gedəcək,
onun yerinə onun müavini Karin Kan-Pyer təyin olunacaq.
Trend xəbər verir ki, bu barədə Ağ Evdən verilən açıqlamada
deyilir.
“Karin özü ilə təkcə belə çətin bir iş üçün lazım olan təcrübə,
istedad və dürüstlük gətirməyəcək, o həm də Amerika xalqı adından
Bayden – Harris administrasiyasının işi haqqında məlumatların
yayılmasına rəhbərlik etməyə davam edəcək. Mən Cen Psakiyə yüksək
peşəkarlığına, özünəməxsus yumor hissi ilə Amerika xalqı ilə
birbaşa və səmimi ünsiyyətinə görə təşəkkür etmək istəyirəm”, –
deyə açıqlamada bildirilir.