ABŞ prezidenti Co Baydenin yaşı ilə bağlı iddialar onun uğur qazandığı reallığı əks etdirmir.
AzerTimes xəbər verir ki, bunu Ağ Evin sözçüsü Karin Jan-Pyer deyib.
“Bəlkə də onlar prezidentin son iki ildə qazandığı qələbələri unudublar, lakin mən sizə hər an xatırlatmaqdan məmnunam”, – Jan-Pyer brifinqdə deyib.
Qeyd edək ki, ABŞ prezidentliyinə namizədliyini irəli sürmüş Nikki Heyli 75 yaşdan sonra siyasətçilərin ruhi sağlamlığını dəyərləndirməyə çağıran açıqlama vermişdi.