Ağ Evdən Bakı və İrəvana: Birbaşa əlaqə…

Ağ Evdən Bakı və İrəvana: Birbaşa əlaqə…

Ermənistanla Azərbaycan arasındakı münaqişənin hərbi yolla həlli yoxdur.

AzerTimes xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi keçirdiyi növbəti brifinqdə deyib.

“ABŞ Ermənistan-Azərbaycan sərhədində eskalasiya barədə məlumatlardan narahatdır. Biz bu zorakılığa son qoymaq üçün Ermənistan və Azərbaycan hakimiyyətləri ilə fəal şəkildə əlaqə saxlayırıq”, – deyə o bildirib.

O, Blinkenin Azərbaycan və Ermənistan liderləri ilə danışdığını xatırladıb:

“Biz demişik, amma bir daha təkrar etməyi lazım bilirəm ki, bu münaqişə hərbi yolla həll edilə bilməz. Biz növbəti hərbi əməliyyatlardan çəkinməyə çağırırıq. Biz həmçinin tərəfləri həm diplomatik, həm də hərbi baxımdan birbaşa əlaqə kanallarını bərpa etməyə və böhrandan çıxmaq üçün diplomatik prosesə sadiqliyini təsdiqləməyə çağırırıq”.

Teqlər: