ABŞ-ın Ukraynaya göndərəcəyi yeni hərbi yardım paketinə hava hücumundan müdafiə sistemləri daxildir.
AzerTimes xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
“Bu gün ABŞ təhlükəsizik sahəsində Ukraynaya daha bir yardım paketini göndərəcəyini elan edəcək. Buraya “Hawk” havadan müdafiə sistemləri və həmçinin Stinger raketləri ilə təchiz edilmiş 4 ədəd Avenger sistemi daxildir”, – deyə bildirilib.