Ağ Ev Ukrayna və İsrailə yardım məsələsinin tezliklə Nümayəndələr Palatasında müzakirəyə çıxarılmasını istəyib.
AzerTimes xəbər verir ki, bunu Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
“Ukraynada baş verənlərlə bağlı xatırlatmalara ehtiyacımız yoxdur. Lakin dünənki gecə İsrailin qonşuluqda üzləşdiyi təhlükəni nəzərəçarpacaq dərəcədə göstərdi”, – o bildirib.
Onun sözlərinə görə, Nümayəndələr Palatasının xaricə yardım haqqında qanun layihəsini qəbul edib, səs verməsi kifayətdir.