ABŞ yaxın bir neçə həftə ərzində Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə bilər.
AzerTimes-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ağ Evin mətbuat katibi Cen Paski deyib.
Rusiyaya qarşı əlavə sanksiyalara nə qədər gözləyəcəyik sualına cavabında C.Psaki deyib: “Aylar deyil, həftələr. Bu, fasiləsiz prosesdir”.
Mətbuat katibi qeyd edib ki, bu “prosesə” Əfqanıstanda amerikalıların öldürülməsi üçün taliblərə Rusiya nümayəndələri tərəfindən pul ödənilməsi barədə məlumatların, rusiyalı hakerlər tərəfindən ABŞ-ın hökumət müəssisələrinə edilən kiberhücumların öyrənilməsi də daxildir:
“Bir sıra komponentlər mövcuddur”.