Ağ Ev Rusiyanın bu iddiasını təkzib etdi

Ağ Ev Rusiyanın bu iddiasını təkzib etdi

Ağ Ev ABŞ-ın Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsinə hücumunun planlaşdırılmasında və ya hazırlanmasında iştirak etmədiyini bildirib.

AzerTimes xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Məlumata görə, Ağ Ev Vaşinqtonun Kiyevə hərbi dəstək verməyə davam edəcəyini deyib:

“Lakin onlar Rusiya regionuna hücumu şərh etməyəcəklərini bildiriblər”.

Qeyd edək ki, Rusiyanın iddiasına görə, Kiyev kollektiv Qərbin dəstəyi ilə Kursk vilayətinə hücum edib.

Teqlər: