Ağ Ev İraqa xəbərdarlıq etdi

Ağ Ev İraqa xəbərdarlıq etdi

İraq İranın proksi qüvvələrinin təhdidlərinə daha çevik reaksiya verməlidir.

AzerTimes xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Kirbi deyib.

“İraq hökuməti ABŞ-ın hərbi mövqelərinə hücum edən İranın dəstəklədiyi silahlı qrupların təhdidlərinə son qoymaq üçün daha sayıq hərəkət etməlidir”, – o bildirib.

Qeyd edək ki, İranın İraqda faliyyət göstərən silahlı qrupları Qəzza müharibəsi başlayandan bəri ABŞ-ın Yaxın Şərqdə yerləşən bazalarına ən azı 165 hücum həyata keçirib. Son hücum zamanı 3 ABŞ əsgəri həlak olub.

Teqlər: