Ağ Ev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Ukraynadan taxıl ixracı ilə bağlı Birgə Koordinasiya Mərkəzinin yaradılması səylərinə görə təşəkkür edib.
AzerTimes xəbər verir ki, bu barədə Ağ Ev sözçüsü Con Kirbi deyib.
“Birgə Koordinasiya Mərkəzinin yaradılması istiqamətində göstərdikləri səylərə görə prezident Ərdoğana, eləcə də BMT Baş katibi Antonio Quterreşə təşəkkür edirik”, – Kirbi qeyd edib.