ABŞ tez bir zamanda Tehranla birlikdə İranın nüvə sazişi üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) çərçivəsində öhdəliklərə əməl etməyə qayıtmağı hədəfləyir, çünki vaxt azalır.
AzerTimes-ın məlumatına görə, bunu mətbuat konfransı zamanı Ağ Evin mətbuat katibi Cen Psaki deyib.
“Aydındır ki, biz tezliklə BHFP çərçivəsində öhdəliklərə əməl etməyə birgə qayıtmaqla bağlı anlaşmaya nail olmasaq, İranın nüvə fəaliyyətinin sürətləndirilməsi bu razılaşmanı mənasız edəcək. Ona görə də bizim prioritetimiz tez bir zamanda qarşılıqlı geri dönüşdür”, – deyə C.Psaki bildirib.
O, Vyanada BHFP üzrə danışıqların iştirakçılarının diqqətini bu məsələyə yönəldəcəyinə ümid etdiyini qeyd edib.
“Keçən həftə danışıqlarda cüzi irəliləyiş əldə olunub və biz bu həftə həmin uğuru istifadə etməyə ümid edirik”, – deyə Ağ Evin mətbuat katibi əlavə edib.