ABŞ Prezidenti Co Bayden çərşənbə axşamı həmvətənlərinə COVID-19 koronavirusu ilə bağlı müraciət edəcək. Lakin o qapanma elan etməyi planlaşdırmır.
Trend xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Cen Psaki bildirib.
Onun sözlərinə görə, müraciətdə söhbət qapanmadan getmiyəcək. Bayden əsasən peyvəndləməni sürətləndirmək üçün yeni tədbirlər haqqında danışmağı planlaşdırır.
Ölkə başçısı həmçinin koronavirusa qarşı peyvənd olunmaq istəməyən amerikalılara sağlamlıqlarına risklər barədə xəbərdarlıq etmək niyyətindədir.