ABŞ səlahiyyətliləri Qəzza zolağında “Şəfa” və “Nasser” xəstəxanalarının ərazilərində tapılan kütləvi məzarlarla bağlı İsraildən cavab və izahat gözləyir.
AzerTimes xəbər verir ki, bunu Amerika Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.
Onun sözlərinə görə, ABŞ araşdırma aparılmasının zəruriliyi ilə razıdır:
“Cavablara ehtiyacımız var. Biz hərtərəfli araşdırma görmək istəyirik. ABŞ bu məsələdə İsraillə əlaqə saxlayır”.
Qeyd edək ki, ötən həftə Fələstin fövqəladə hallar xidmətləri Xan Yunisdəki “Nasser” kompleksində 283 cəsədin olduğu kütləvi məzarlıq aşkar etdiyini bildirib. Eyni zamanda, “Şəfa” xəstəxana kompleksinin yaxınlığında da 380-dən çox cəsəd tapılmışdı.