Paytaxtın Azadlıq prospekti 191E ünvanında avtomobillərin hərəkətinə maneə yaranıb.
AzerTimes Unikal-a istinadən xəbər verir ki, buna səbəb “Ağ çiçəyim” gül salonunun məhsullarını yola yerləşdirməsidir.
Belə ki, “Ağ çiçəyim”in əməkdaşları yolun hərəkət hissəsinə hazır gül dəstələri, dekorlar və digər müxtəlif məhsullar düzüblər. Bununla da yolun hərəkət zolaqlarından biri zəbt olunub. Avtomobillərin hərəkətinə və dayanmasına maneə yaranıb.
Yolun zəbt olunması səbəbindən həmin ərazidə dayanma-durma qaydalarının pozulduğu da müşahidə olunur.