Afrikaya yardım sammiti ilin sonuna qədər qitənin 40% sakininin vaksinasiya olunmasını istəyir

Afrika Ölkələri İqtisadiyyatının Maliyyələşdirilməsi üzrə Beynəlxalq Konfransın iştirakçıları 2021-ci ilin sonuna qədər qitə əhalisinin ən azı 40 faizinin koronavirusa qarşı vaksinasiya olunmasını məqsəd olaraq elan ediblər.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bunu sammitin yekunları üzrə Fransa prezidenti Emmanuel Makron mətbuat konfransında deyib.

E.Makron bildirib: “İlin sonuna qədər Afrika sakinlərinin 40 faizinin koronavirusa qarşı peyvəndlənməsi zəruridir”.


O qeyd edib ki, pandemiya Afrika qitəsi üçün həm sanitar, həm də iqtisadi şok olub: “Vaksinasiya zəif templə həyata keçirilir. Afrika üçün və Afrikada kütləvi vaksin istehsalını təmin etmək vacibdir”.

Fransa prezidenti əlavə edib ki, Afrikaya yadım sammiti Qərb ölkələrini koronavirusa qarşı vaksinlərə patentləri ləğv etməyə çağırır.