Rumıniya afrikalıları meymuna bənzədən Keniyadakı səfirini Draqoş Tiqaunu geri çağırıb.
AzerTimes xəbər verir ki, bu barədə BBC məlumat verib.
Rumıniya Xarici İşlər Nazirliyi də məsələyə görə, dərin təəssüf hissi keçirdiklərini, hər kəsdən üzr istədiklərini bildirib.
“İrqçi xarakterli hər hansı bir davranış və ya şərh qətiyyən qəbuledilməzdir”, – bəyanatda qeyd olunub.
Keniya hökuməti səfirin geri çağırılması ilə bağlı açıqlama verməyib.
Qeyd edək ki, aprelin 26-da Keniyanın paytaxtı Nayrobidə BMT-nin iclası zamanı pəncərədə meymunları görən Tiqau, “Afrikalılar da bizə qoşuldu” deyə yazmışdı.