Afrika Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi mpox (meymun çiçəyinin yeni adı) xəstəliyinin yayılması ilə əlaqədar qitədə sağlamlıqla bağlı fövqəladə vəziyyət elan edib.
AzerTimes xəbər verir ki, bu barədə Mərkəzin baş direktoru Jan Kaseniya deyib.
“Mpox indi sərhədləri keçib və qitəmizdəki minlərlə insana təsir edir”, – o bildirib.
Kaseniya qeyd edib ki, fövqəladə vəziyyət elan olunsa da, insanların və malların hərəkətində fasilə olmayacaq.