Kot-d’İvuarda fəaliyyət göstərən “Afrikada Vladimir Putinə tam dəstək” qeyri-hökumət təşkilatı Rusiya prezidenti adına beynəlxalq mükafat təsis edib.
AzerTimes xəbər verir ki, bu barədə “Burkina 24” portalı məlumat yayıb.
Qurumun rəhbəri Məhəmmədi Savadoqo deyib ki, mükafat dövlət başçılarına xalqların müstəqilliyi uğrunda azadlıq mübarizəsindəki xidmətlərinə görə veriləcək:
“Vladimir Putin Beynəlxalq Mükafatı müxtəlif tərəfdaşlıq formalarının zəruriliyini dərk edən həqiqi liderləri təltif etmək, həmçinin Afrikanın azad edilməsinə sadiqliyinə görə Prezident Putinə təşəkkür etmək üçün nəzərdə tutulub”.