Afrikada koronavirusa yoluxma səbəbindən ölənlərin sayı 103 mini keçdi

Afrika ölkələrində koronavirusa yoluxanların sayı son dörd gündə 42 571 nəfər artaraq 3 897 427 nəfər təşkil edib.

AzerTimes-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının regional nümayəndiliyi bildirib.

Məlumata əsasən, ötən dörd gündə bölgədə koronavirusa yoluxanlar arasında ölüm sayı 1331 nəfər artaraq 103,700-ə çatıb.


Yoluxanların və ölənlərin çoxu Cənubi Afrikada aşkar edilib – müvafiq olaraq 1 513 393 və 49 993 nəfər.