Afrikada koronavirusa yoluxanların sayı 3,55 milyon nəfəri ötüb

Afrikada koronavirusa yoluxanların sayı 3,55 milyon nəfəri ötüb.

AzerTimes-ın məlumatına görə, bu barədə Afrikanın Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzlərindən bildiriblər.

Məlumata əsasən, yanvarın 31-i üçün Afrikada koronavirusa 3 551 956 nəfər yoluxub. Hazırkı dövrədək koronavirusa yoluxanlardan 90 454 nəfəri vəfat edib, 3 033 621 nəfəri isə sağalıb.


Qeyd edilir ki, ən çox yoluxma halları Cənubi Afrika Respublikasında, Mərakeşdə, Misirdə, Tunisdə və Efiopiyada qeydə alınıb.