Qərbi Afrikada 7,3 milyondan çox insan silahlı münaqişələr və təbii fəlakətlər nəticəsində qaçqın vəziyyətinə düşüb.
AzerTimes xəbər verir ki, bunu Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin (ECOWAS) Komissiyasının sədr müavini Damtien Çinçibija deyib.
“Hazırda ECOWAS ölkələrində münaqişələr, zorakılıqlar və təbii fəlakətlər səbəbindən 7 milyon 337 min insan məcburi köçkün vəziyyətindədir”, – deyə o bildirib.