Mayın 2-nə keçən gecə Qabonun ərazi sularında lövbər salmış gəmidən iki gürcü dənizçi qaçırılıb.
AzerTimes xəbər verir ki, bu barədə Gürcüstan Dəniz Nəqliyyatı Agentliyinin məlumatında deyilir.
Məlumata görə, gəmidən ümumilikdə 3 dənizçi qaçırılıb.
Gürcüstanın müvafiq strukturları dənizçilərin əsirlikdən azad edilməsi üçün artıq gəminin sahibləri ilə birgə işə başlayıb.
Təfərrüatlı məlumat verilmir.