Afrika qitəsində yerləşən Burkina Fasoda türk restoranı və hotelə terror hücumu təşkil edilib.
Hadisə nəticəsində 17 nəfər dünyasını dəyişib, 8 nəfər isə yaralanıb. Türk restoranında ölənlərdən birinin türk əsilli şəxs olduğu deyilir. Digər qurbanların milliyəti hələlik dəqiqləşdirilməyib, lakin qeyri-rəsmi məlumata əsasən ABŞ, Kanada, Ukraynadan olan qurbanların olduğu deyilir.
Türkiyə mətbuatı isə ölənlərin sayının 28 nəfər olduğu barədə məlumat verib. Hücumun gecə saatların Əziz İstanbul lokantası və “Hotel Splendid”ə edildiyi deyilir.
Hücumun Əl Qaidə tərəfindən təşkil edildiyi ehtimal edilir.
Qeyd edək ki, ötən ilin yanvarında bu ölkədə kafeyə edilən hücumda 30 nəfər ölmüşdü.