Cənubi Afrika İnkişaf Birliyi (SADC) quraqlığın təsirləri ilə mübarizə üçün 5,5 milyard dollar toplamaq çağırışı ilə çıxış edib.
AzerTimes xəbər verir ki, bu barədə virtual sammitdən sonra X sosial şəbəkəsində dərc olunmuş bəyanatda deyilir.
“Sammitdə regiondakı iqlim və hava şəraiti və onların sosial-iqtisadi inkişafa, o cümlədən zəruri məhsulların qiymətlərinə təsiri ilə bağlı ən son məlumatlar nəzərdən keçirilib.
Sammitdə üzv ölkələri vəziyyətə nəzarəti davam etdirməyə, taxıl və tərəvəz tədarükünü təmin etmək üçün ərzaq istehsalçılarına əlverişli şərait yaratmağa çağırış edilib. Həmçinin, “El Nino” iqlim fenomeninin təsirinin quraqlıq və daşqınlara səbəb olduğu qeyd edilib.
Sammitdə SADC-yə üzv ölkələrinin “El Nino” çağırışlarına cavab vermək imkanlarını artırmaq məqsədilə ən azı 5,5 milyard dollar toplamaq üçün regional humanitar çağırışa başlanılıb”, – deyə sənəddə bildirilir.
Ekspertlərin fikrincə, “El Nino” təbiət hadisəsinin nəticələri 61 milyon insanın həyatına mənfi təsir göstərib.