Afrika Birliyi Niger hərbçilərinə 15 gün vaxt verdi

Afrika Birliyi Niger hərbçilərinə 15 gün vaxt verdi

Afrika Birliyi Niger hərbçilərinə konstitusion hakimiyyəti bərpa etmək üçün 15 gün vaxt verib.

AzerTimes xəbər verir ki, Afrika Birliyinin Sülh və Təhlükəsizlik Şurası “hərbçilərdən dərhal və qeyd-şərtsiz öz kazarmalarına qayıtmağı və ən geci 15 gün ərzində ölkədə qanuni hakimiyyətin bərpasını tələb edib.

Şura, həmçinin “demokratik yolla seçilmiş” prezidentin həbsini pisləyib və qiyamçılara qarşı “cəza sanksiyaları da daxil, bütün lazımi tədbirləri” görməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, iyulun 26-da Nigerdə Prezident Qvardiyası qiyam qaldıraraq ölkə başçısı Məhəmməd Bazumu vəzifədən kənarlaşdırıb. Prezident Qvardiyasının komandanı, hərbi çevrilişin rəhbəri general Əbdurəhman Çiani özünü “Vətənin Müdafiəsi üzrə Milli Şuranın sədri” elan edib və bütün idarəçilik səlahiyyətlərini əlinə alıb.

Teqlər: