Afinaya niyə “qaz xəbərdarlığı” etmirik?

Afinaya niyə “qaz xəbərdarlığı” etmirik?

Diplomatiyamızın və diasporumuzun fəallaşmasına ehtiyac var. Azərbaycan Prezidenti İlham Əliyevin televiziya kanallarına verdiyi ötəngünkü müsahibədə əsas tezislərdən biri də “tənbəlləşmək olmaz” idi.

AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, Ermənistan və bu ölkənin havadarları Azərbaycana qarşı informasiya savaşını genişləndiriblər:

“Misal üçün Parisin mərkəzində “Dağlıq Qarabağda erməni irsi təhlükə altındadır” şüarı altında sərgi keçirilir. Sərginin təşkilatçıları arasında Paris meriyası da var. Biz nəyi gözləyirik? Tutaq ki, ermənipərəst Parisdə Qarabağda dağıdılan məscidlərlə bağlı sərgi keçirmək çətindir, axı Avropada bizə dost dövlətlər də var, orada niyə sərgi keçirməyək? Bu arada, Ermənistanda səfərdə olan Yunanıstatın xarici işlər naziri deyib ki, Afina “Dağlıq Qarabada erməni irsinin qorunması üçün Avropa Birliyində və UNESKO təşkilatında təşəbbüslərlə çıxış edəcək. Yunanıstana öz vətəndaşlarını bu soyuq qışda evlərini Azərbaycan qazı ilə qızdırmalarıyla bağlı xatırlatmanın vaxtı deyilmi?”

Teqlər: