Afinanın Türkiyə ilə bağlı planı: Ya müharibə, ya da…

Afinanın Türkiyə ilə bağlı planı: Ya müharibə, ya da…

Yunanıstan Türkiyəni S-400 hava hücumundan müdafiə sistemlərini işə salmağa məcbur etməklə Ankara ilə Qərb arasında münaqişə başlatmaq istəyir.

AzerTimes xəbər verir ki, bunu türkiyəli ekspert Fəxri Erenel deyib.

“Yunanıstan gərginlik axtarır, çünki Ankaranın getdikcə daha çox tanınan qlobal oyunçuya çevrilməsindən narazıdır. Afinanın məqsədi ya müharibəyə başlamaq, ya da Türkiyə ilə Qərb arasında münaqişə yaradıb, Ankaranı S-400-ü aktivləşdirməyə məcbur etməkdir”, – o bildirib.

Ekspert qeyd edib ki, Yunanıstan gərginlik yaratmaqla, xüsusən də Ukraynadakı münaqişə zamanı Türkiyənin dünya diplomatiyasındakı xidmətinə zərbə vurmaq istəyir.

Teqlər: