Açıq demək istəyirəm ki, Türkiyənin kürd qruplaşmalarından qaynaqlanan terrorizmlə bağlı narazılıqları əsaslıdır.
AzerTimes xəbər verir ki, bu sözləri Yunanıstan Baş naziri Kiriakos Miçotakis Türkiyə, Finlandiya və İsveç arasında imzalanan üçtərəfli saziş barədə danışarkən deyib.
“Türkiyə bu terrorizmdən dolayı ağır bədəl ödədi. Məncə, bunu anlamaqda çətinlik çəkməməliyik”, – deyə yunan baş nazir bildirib.