Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Yunanıstana “Bir gecə qəfil gələ bilərik” açıqlamalarını eşidəndə gülürük.
AzerTimes xəbər verir ki, bunu Yunanıstanın inkişaf və investisiyalar naziri Adonis Georgiadis deyib.
“Cənab Ərdoğana demək istəyirəm: Gecə, günorta və ya səhər gəlməyə cəsarət etsələr, “Rafale” və “Viper” Türkiyə Hərbi Hava Qüvvələrini darmadağın edəcək. Mən Ərdoğana deyirəm ki, Yunanıstanla qarşılaşa bilməzsən. Miçotakis (Yunanıstanın baş naziri) gəlib Silahlı Qüvvələri gücləndirdi. Torpedalar aldıq, freqatlar sifariş etdik, Fransa və ABŞ-la ittifaq bağladıq”, – nazir bildirib.