Afinada yanğın: bəzi bölgələrin əhalisi təxliyə edildi

Afinada yanğın: bəzi bölgələrin əhalisi təxliyə edildi

Yunanıstanın paytaxtı Afinanın cənubunda baş verən yanğınla əlaqədar bəzi bölgələrin əhalisi təxliyə edilib.

AzerTimes xəbər verir ki, bu barədə Yunanıstan Dövlət Agentliyi məlumat yayıb.

Məlumata görə, Ano Qlifada rayonunda baş verən yanğın ətraf rayonlara da yayılıb.

Yanğının səbəblərini araşdırmaq üçün xüsusi qrup ayrılıb.

Havadan və yerdən davam edən yanğınsöndürmə işləri güclü külək səbəbindən çətin şəraitdə davam edir.

Teqlər: