Afinada İsrail əmlakına ziyan vuran iranlılar saxlanıldı

Afinada İsrail əmlakına ziyan vuran iranlılar saxlanıldı

Yunanıstan polisi bu il Afinanın mərkəzində sinaqoq və israillilərə məxsus oteli yandırmaqda ittiham olunan 7 şübhəlini həbs edib.

AzerTimes xəbər verir ki, bu barədə Yunanıstanın antiterror polisi məlumat yayıb.

Bildirilib ki, mayın 15-də qeydə alınan hadisədə binaya kustar üsulla hazırlanan bomba ilə hücum olunub.

Şübhəlilər insanların həyatını təhlükəyə atmaq və irqi motivli hücumla əcnəbilərin əmlakına ziyan vurmaqda ittiham olunurlar.

Saxlanılanlar arasında İran və Əfqanıstan vətəndaşları da var.

Teqlər: