Afina ölkənin şimalındakı Aleksandrupolis limanında Amerika hərbi bazasını yerləşdirməyi planlaşdırmır.
AzerTimes xəbər verir ki, bu sözləri Yunanıstanın Baş naziri Kiriakos Miçotakis deyib.
Qeyd edək ki, ABŞ və Yunanıstan 2021-ci il oktyabrın 14-də müdafiə sazişi imzalayıb. Sazişə əsasən, amerikalılar Yunanıstan ərazisində, o cümlədən Aleksandrupolisdə yeni hərbi bazalardan istifadə etmək hüququ əldə ediblər.