2023-cü ildə AFFA-ya daxil olan vəsait müəyyənləşib.
AXar xəbər verir ki, bu barədə qurumun açıqladığı hesabatda bildirilib.
Milli assosiasiyaya ümumilikdə 35 milyon 617 min 445 manat daxil olub.
Bunlardan 13 milyon manatı SOCAR-dan (maliyyə dəstəyi), 6 milyon 475 min 873 manatı eyni təşkilatdan (Qrant müqavilə), 4 milyon 854 min 178 manatı UEFA-dan, 4 milyon 667 min 364 manatı milli komandanın yayım hüquqi gəlirindən, 3 milyon 277 min 600 manatı FIFA-dan, 1 milyon 180 min manatı “Liv Bona Dea”dan, 1 milyon 180 min manatı Məlhəm Beynəlxalq Hospitaldan, 236 min manatı “Rabitəbank”dan, 118 min manatı “Paşa Sığorta”dan, 628 min 430 min manatı digər qurumlardan verilib.